...

Turanbank Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən kreditin alınmasına dəstək xahiş edib

Siyasət Materials 21 Fevral 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ. Xəlilova/ Turanbank İslam İnkişaf Bankı (İİB) ilə onun struktur bölmələri vasitəsilə 1,5 milyon kredit xəttinin ayrılması predmetinə görə danışıqlar aparır. Bu barədə bankın idarə heyətinin rəhbəri Nazim Sadıxov məlumat verib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi olmadan İİB-nin kredit resurslarını əldə etmək mümkün olmayacaq, buna görə də Turanbank bu nazirliyə müraciət edib. İlkin olaraq Azərbaycan bankına ticarət əməliyyatlarına yardım məqsədilə 3 milyon dollar kredit xətti ayrılıb. Lakin sonuncu danışıqların nəticələrinə görə, bu həcmin yarısının təqdim olunması razılığı əldə olunub.

Bu ildən başlayaraq bank xarici alınmaların cəlb olunması üçün işi fəallaşdırmaq niyyətindədəir. İİB ilə yanaşı danışıqlar həmçinin Qara dəniz ticarət və inkişaf bankı ilə də aparılır. 5-6 il müddətində Turanbank banka kredit limitini 1,2 milyon dollara qaldırmış İsveçrənin BCP bankı ilə əməkdaşlıq edir. İlkin mərhələdə limit 100 min dollarla məhdudlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti