...

Bakıya avtobusların gətirilməsi ilə bağlı Daewoo şirkəti ilə müqavilə monopoliya yaratmayacaq

Siyasət Materials 22 Fevral 2007 15:48 (UTC +04:00)
Bakıya     avtobusların     gətirilməsi     ilə     bağlı   Daewoo   şirkəti     ilə     müqavilə     monopoliya     yaratmayacaq

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Cənubi Koreya avtomobil istehsalçısı Daewoo Azərbaycanın Transgate şirkətinə iritutumlu 1000 avtobus təqdim edəcək. İritutumlu yeni avtobuslar Bakıya bir şirkət tərəfindən çatdırılacaq.

"Lakin istəyə əsasən, digər şirkətlər də bu layihəyə qoşula bilər", deyə bu gün Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

"Ola bilsin ki, bir şirkət bütün avtobusları gətirəcək, digər şirkətlər də istəsələr, bu təkliflə çıxış edib, bu ümumi müqaviləyə cəlb oluna bilər", deyə M.Pənahov bildirib.

Bu monopoliya yaratmaycaq, çünki yeni avtobusların Bakıya çatdırılması üçün artıq bir neçə şirkət təkliflə çıxış edib.

"Əgər onlar müqavilə üçün konkret təkliflər irəli sürsə, nazirlik onları dəstəkləyəcək", deyə M.Pənahov qeyd edib. Nazirliyin proqnozuna əsasən, iritutumlu avtobuslara olan tələbat 800 avtobus və kiçik tutumlu avtobuslara isə 2 min avtobus təşkil edir.

Daewoo ilə imzalanmış müqavilənin ümumi dəyəri 11 milyon dollardan çox təşkil edir. Yeni avtobuslar tamamilə Bakı şəhərinə uyğundur. Bunun üçün nazirliyin təklifinə əsasən, konstruksiyaya bəzi dəyişikliklər edilib. Ümumilikdə ölçüləri ilə fərqlənən iki növ avtobus gətiriləcək.

Bir avtomaşının orta dəyəri təxminən 56-77 min dollar təşkil edəcək. Avtobuslar 100 sərnişin tutumuna malikdir. Onlardan 30 oturacaq yeri və qalanı ayaqüstlüdür, deyə nazir müavini qeyd edib.

Bu avtobuslar ilk növbədə, Bakı şəhərinin mərkəzində istifadəyə buraxılacaq.

"Avtobuslar sərnişin axınının daha çox olduğu yerlərdə istifadə olunacaq. Böyük marşrutlar və geniş küçələrdə", deyə M.Pənahov qeyd edib.

İlk 50 avtobusun çatdırılması bu ilin mayında nəzərdə tutulub. Gələcəkdə üç ay ərzində daha 150 avtobus çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti