...

Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Siyasət Materials 22 Fevral 2007 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Fevralın 26-da Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatından məlumat verilib.

Tehranda Ermənistan səfirliyinin qarşısında keçiriləcək mitinqdə ermənilərin Xocalıda törətdiyi vandalizm aktı pislənəcək, Ermənistanın Azərbaycana təcavüzünə, Qarabağın işğalına, türk dünyasına qarşı həyata keçirilən soyqırım və terror siyasətinə etirazlar bildiriləcək.

Xəbər lenti

Xəbər lenti