...

MTRŞ-ın iclasında Azərbaycan telekanallarında əcnəbi dillərdə filmlərin nümayişinə qadaga məsələsi muzakirə olunacaq

Siyasət Materials 7 Mart 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend muxbir E.Huseynli/ Martın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçiriləcək. İclasda Azərbaycanda fəaliyyət göstərən telekanallarda əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişinin tamamilə qadagan olunması məsələsi müzakirə olunacaq. Bu barədə Trend in əməkdaşına MTRŞ sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

N.Məhərrəmli bildirib ki, iclasda, həmçinin regionda fəaliyyət göstərən telekanalların maddi-texniki bazasının inkişaf etdirilməsi məsələsinə də toxunulacaq. Onun sözlərinə görə, əcnəbi dillərdə filmlərin nümayiş olunmaması üçün telekanallara ilin sonuna qədər vaxt veriləcək.

Xəbər lenti

Xəbər lenti