...

"Azadlıq" blokunun həmsədrləri 2007-ci il üçün fəaliyyət proqramını qəbul edib

Siyasət Materials 27 Mart 2007 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi blokunun 2007-ci il üçün fəaliyət proqramı hazırlanıb. Bu barədə blokun həmsədri Əli Əliyev məlumat verib.

O bildirib ki, Sədrlər Şurasının martın 27-də keçirilən iclasında blokun fəaliyyət proqramı layihə şəklinə salınıb və son variant qəbul edilib. Blokun Məclisinin martın 28-də keçiriləcək iclasında sənəd müzakirəyə çıxarılacaq və təsdiq ediləcək.

Əliyevin sözlərinə görə, sənəddə "Azadlıq" blokunun 2007-ci ildə əsasən təbliğat-təşviqat işləri ilə məşğul olması, müxtəlif sosial təbəqələrlə iş aparması nəzərdə tutulur. Həmçinin siyasi qüvvələrlə əməkdaşlıq da mümkün hesab edilir. Təbliğat işlərinə kütləvi aksiyaların keçirilməsi də daxildir. Əliyevin sözlərinə görə, növbəti iclaslarda kütləvi aksiyalar barədə müzakirələr aparılacaq.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti