...

Dövlət Sərhəd Xidməti 18 cinayətkar dəstə zərərsizləşdirib

Siyasət Materials 12 Aprel 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Son iki ildə Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış, istintaq orqanlarının fəaliyyəti nəticəsində 18 cinayətkar dəstə zərərsizləşdirilib. Bu barədə cümə axşamı Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib. Quliyev bildirib ki, onlardan 8-i İran, 8-i Gürcüstan səhədində, 2-si Xəzər dənizində zərərsizləşdirilib. Həmin cinayətkarlar qanunsuz mühacirlərin tranziti, saxta sənədlərin hazırlanması ilə məşgul olub.

DSX rəisinin sözlərinə görə, ötən il sərhədçilər 77 Azərbaycan, 21 xarici ölkə gəmisinə baxış keçirib. 30 gəmi və 108 qayıq dövlət sərhədlərini pozduqları üçün saxlanılıb.

Quliyev bildirib ki, rəhbərlik etdiyi qurum Xəzərə axıdılan çirkli sularla bağlı araşdırma aparır və yaxın gələcəkdə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti