...

ADP rəhbərliyinə seçkiləcək şəxslərin qeydiyyatı başlayıb

Siyasət Materials 18 Aprel 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyasının (ADP) 9-cu qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi partiya rəhbərliyinə seçilmək istəyən şəxslərin indidən Təşkilat Komitəsinə müraciət etməsi ilə bağlı qərar qəbul edib. Bu barədə çərşənbə günü ADP-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ADP-nin qurultayında partiya Nizamnaməsinə uyğun olaraq partiyanın sədri, Ali Məclis üzvlərinin 1/3-i və MNTK üzvlərinin seçkisi keçiriləcək. Qurultay gününədək sözügedən seçkili orqanlara seçilmək istəyən ADP üzvləri qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə yazılı müraciət etməlidirlər.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən yaradılıb. 2000-ci ildən partiyaya Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev rəhbərlik edib. Bu ilin aprel ayında ADP-də parçalanma baş verib. ADP Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Bir neçə gün əvvəl R.Quliyev ADP adından imtina edib. Hazırda ADP-yə Sərdar Cəlaloğlu rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti