...

Bakı və Moskva arasındakı münasibətlər son illərdə çətin bir dövr yaşayır

Siyasət Materials 11 May 2007 16:36 (UTC +04:00)
Bakı və Moskva arasındakı münasibətlər son illərdə çətin bir  dövr yaşayır

Azərbaycan, Bakı/ Trend müxbir A. Qasımova/ Rusiaya Federasiya Şurasının Beynəlxalq əlaqələr Komitəsinin sədri Mixail Marqelov hesab edir ki, Moskva və Bakı arasındakı münasibətlər çətin bir dövr keçirir.

"Əlaqələr donorluq, qarşılıqlı siyasi təzyiqdən regional əməkdaşlıq və əlverişli iqtisadi tərəfdaşlığa çətin bir keçid dövrünü yaşayır",-deyə bu gün telefonla Moskvadan Marqelov bildirib. O, münasibətlərin vəziyyətini böhran kimi dəyərləndirən şəxslərin fikri ilə razı deyil. "Hə, bu ilin yanvarından etibarən biz Azərbaycana qazı bazar qiymətləri ilə satırıq, Azərbaycan da Rusiya ərazisindən neft ixrac olunmasını dayandırıb. Amma bu, daha çox iqtisadiyyat və təmiz hesablaşmadır, nəinki siyasət. Siyasi nöqteyi-nəzərdən bizim əvvəlki kimi eyni tapşırıq və məqsədimiz var. Xəzər regionunda stabilliyin qourunması, İraq xaosunun İran və digər həmhüdud ölkələrə yayılmasına imkan verməmək, Dağlıq Qarabağ probleminin həlli və bir çox digər məsələlər. Bu məsələlərdə bir çox hallarda bizim nəzərlərimiz üst-üstə düşür", - deyə Marqelov əminliyini bildirib.

Onun fikrincə, indi dünya 90-cı illərdə olduğu kimi deyil, o vaxt "nə isə MDB adı altında qardaşlıq-müstəqillik kimi bir şey qurmağa çalışırdılar". Bu gün Azərbaycan, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, qismən Belarusla münasibətlər müstəqil və iqtisadi imkanlı ölkələrlə olduğu kimi qurulur, demək olar ki, Avropa ilə olduğu kimi. Bu da daha çox müsbətdir, nəinki mənfi. "Bizim əlaqələrimiz heç vaxt yalnız siyasi və iqtisadi yöndə müəyyən oluna bilməz. Ən azı ona görə ki, Rusiyada təqribən 3 milyon azərbaycanlı yaşayır, Azərbaycanda isə təqribən 200 min rus. Bu da bizim üzərimizə ticari, mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi kimi öhdəliklər qoyur. Hələ onu demirəm ki, Azərbaycanda daxili siyasi stabillik bizim üçün xarici siyasi prioritetlərdən biridir",-deyə Marqelov hesab edir.

"Hazırda Azərbaycan və Rusiya aralıq bir mövqedədirlər və əlaqələrin necə, sağlam rəqabət və siyasi aşkarlıq şəraitində tərəfdaşlıq, yaxud qeyri-donorluq şəraitində inkişaf edəcəyini qiymətləndirmək çətindir. Hazırda Azərbaycan özünə yeni siyasi və iqtisadi şərtlər tapmağa çalışır, özünüeyniləşdirmə prosesi gedir. GUAM kimi törəmələr, Gürcüstan və Türkiyənin ərazisindən yeni qaz kəmərləri layihələri və bir çox başqa şeylər Rusiyanın maraqlarına birbaşa toxunur, sözsüz ki, bu iki ölkəni bir-birindən uzaqlaşdırır". Amma politoloq qeyd edib ki, ümumi yanaşma nöqtələri də var. 2006-cı ildə iki ölkə arasında əmtəə dövriyyəsi rekord səviyyəyə - 1,5 mlrd. dollara çatıb. İndi isə qarşımızda ikitərəfli iqtisadi əməkdaşlığın diversifikasiyası, onun energetika sektorundakı qarşılıqlı əlaqələrdən iqtisadiyyatın digər sahələrinə, kənd təsərrüfatı, yüngül sənaye, metallurgiya, maşınqayırmaya yönləndirilməsi dayanır. "Bizim ikitərəfli tərəfdaşlıqda böyük tarixi təcrübəmiz, zəngin insan potensialımız var".

Bizim qarşılıqlı səmərəli əməkdaşlığımız demək olar ki, hədsiz-hüdudsuzdur. Əminəm ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri bizim iqtisadi əlaqələrimizin genişlənməsi və xarcici siyasi mövqelərimizin yaxınlaşması üçün bir siqnal olacaq",-deyə Marqelov yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti