Bakı. Trend:
Fransa çempionatının 12-ci turu çərçivəsində “Marsel” və “Brest” komandaları arasında keçirilən oyun başa çatıb.
Trend xəbər verir ki, qarşılaşma Marseldəki “Stade Orange Velodrome” stadionunda oynanılıb və meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıblar.
Oyunun 25-ci dəqiqəsində Encel Qomes hesabı açıb, 33-cü dəqiqədə Meyson Qrinvud fərqi artırıb. Matçın 81-ci dəqiqəsində isə Pyer-Emerik Obameyanq komandasının üçüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə ilə “Marsel” Fransa çempionatında liderliyə yüksəlib. Roberto de Zerbinin komandası 12 oyundan sonra 25 xal toplayıb. 10 xala malik “Brest” isə turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
