...

Gəncədə cinayətlərin 93,6%-nin üstü açılıb

Siyasət Materials 5 İyun 2007 16:12 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə bu ilin yanvar-may aylarında 172 cinayət hadisəsi baş verib. Bu barədə çərşənbə axşamı Gəncə şəhər Polis İdarəsi rəisinin şəxsi heyət üzrə köməkçisi Nofəl Hacıyev məlumat verib. Onun sözlərinə görə, qeydə alınan cinayət faktlarının 161-nin üstü açılıb. Bu göstərici baş vermiş hadisələrin təxminən 93,6%-ni təşkil edir.

Hacıyev bildirib ki, hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərin sayı minimuma enib. Qəsdən adamöldürmə ilə bağlı ötən ilin müvafiq dövründə beş, bu il isə cəmi iki fakt qeydə alınıb.

Hesabat dövründə xuliqanlıqla bağlı beş, dələduzluq üzrə 13, narkomaniya ilə əlaqədar isə 34 cinayət faktı müəyyən edilib. Digər hadisələr isə yol-nəqiliyyat hadisələri, oğurluq və digər növ cinayətlərlə bağlı olub.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti