...

Nazir müavini: "Azərbaycanda kriminogen durum nəzarətdədir" (video)

Siyasət Materials 18 İyun 2007 13:06 (UTC +04:00)
Nazir müavini: "Azərbaycanda kriminogen durum nəzarətdədir" (video)

Azərbaycan, Bərdə / Trend müxbir K.Zərbalıyeva/ Bakıda GUAM sammiti çərçivəsində keçirilən tədbirlərlə əlaqədar iyunun 17-dən polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Daxili işlər nazirinin müavini Oruc Zalov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, keçiriləcək tədbirlərin təhlükəsizliyi tam təmin olunacaq: "Əhalidən xahiş olunub ki, şəxsi avtomobillərdən az istifadə etsinlər, yollarda tıxac yaranmasın deyə yük maşınlarının, texniki cəhətdən nasaz avtomobillərin şəhərə daxil olunmasına müvəqqəti məhdudiyyət qoyulub. Məhdudiyyətlər iyunun 19-dan sonra götürüləcək".

Ölkədə kriminogen durumun polisin nəzarətində olduğunu vurgulayan nazir müavini qeyd edib ki, cinayətkarlarla mübarizə qanunlar çərçivəsində aparılır. Zalovun sözlərinə görə, ötən ilin birinci rübü ilə müqayisədə cari ilin müvafiq dövründə respublikada qeydə alınan cinayətlərin sayı azalıb, bir çox ağır cinayətlərin üstü açılıb, bir çox kriminogen qruplar ifşa olunub.

Xəbər lenti

Xəbər lenti