...

Avropa Şurasının "Aqo" Qrupu MSK sədri ilə gələnilki prezident seçkilərini müzakirə edib

Siyasət Materials 6 İyul 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan Avropa Şurasının Azərbaycan və Ermənistan üzrə "Aqo" Monitorinq Qrupu cümə günü Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) görüş keçirib. Görüşdən sonra jurnalistlərə açıqlama verən "Aqo" Monitorinq Qrupunun rəhbəri Per Söqren jurnalistlərə açıqlamasında bildirib ki, MSK sədri Məzahir Pənahovla Azərbaycanın seçki sistemini müzakirə ediblər. "2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair hansı işlər görüldüyünü müzakirə etdik. Seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarınn tərkibinin dəyişdirilməsi kimi məsələlər barədə fikir mübadiləsi apardıq" - deyə Qrup rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti