...

Azərbaycanın NATO-dakı nümayəndəsi: Bakıda energetika infrastrukturu üçün mövcud hədələr müzakirə olunacaq (video)

Siyasət Materials 9 İyul 2007 16:37 (UTC +04:00)
Azərbaycanın NATO-dakı nümayəndəsi: Bakıda energetika infrastrukturu üçün mövcud hədələr müzakirə olunacaq (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bakıda NATO-nun yay sessiyası çərçivəsində müzakirə ediləcək əsas məsələlərdən biri terrorçular tərəfindən enerji təkhlükəsizliyi və infrastruktur üçün hədələr olacaq. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbayacanın NATO-dakı daimi nümayəndəsi Kamil Xasıyev məlumat verib.

Onun sözlərinə görə, NATO həftəsi çərçivəsində bir sıra tədbirlər keçiriləcək ki, bunların da sırasında enerji təhlükəsizliyinə həsr olunmuş iqtisadi kollokvium, seminarın keçirilməsi və Gəncədə Avroatlantik tərəfdaşlıq mərkəzinin açılışı var.

Xasıyev bildirib ki, görüş çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirəsi planlaşdırılmır. Gündəliyə Qəbələ RLS-lə bağlı məsələ də daxil edilməyib.

Sessiya iştirakçıları enerji təhlükəsizliyi, siyasi və iqtisadi məsələlər, həmçinin ətraf mühitin mühafizəsi məsələlərini müzakirə etmək niyyətindədirlər. Həmçinin Türkiyə, Rusiya və İsrailin bu sahədə milli təcrübəsinə baxılacaq.

NATO bu tədbirdə alyansın Qafqaz üzrə nümayəndəsi Destin Atentulun şəxsində təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti