...

AMİP-in 15 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək

Siyasət Materials 10 İyul 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaradılmasının 15 ili tamam olur. Bu münasibətlə AMİP yubiley tədbirləri keçirəcək. Bu barədə AMİP-in sədri Ayaz Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, partiyanın bəzi rayon təşktlatları yubileylə bağlı konfranslar keçiriblər. 15 illiklə bağlı AMİP yaxın günlərdə Beynəlxalq Mətbuat Mərkəzində toplantı keçirəcək: "AMİP Azərbaycanda çoxpartiyalı sistemə keçidin əsasını qoyub. Bununla əlaqədar biz çoxpartiyalı sistemin yaradılması, inkişafı mövzusunda elmi-praktik konfrans təşkil edəcəyik. AMİP-in 15 illik yubileyi ilə bağlı ən böyük tədbir isə sentyabrda olacaq" - deyə Rüstəmov məlumat verib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in lideri Etibar Məmmədovdur. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti