...

Bakı şəhər Baş Polis İdarəsində yoxlamalar başa çatıb

Siyasət Materials 13 İyul 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsində yoxlamalar başa çatıb. Bu barədə Trend ə Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqə şöbəsinin rəisi Şamil Seyidli məlumat verib. Onun sözlərinə görə, yoxlamalar zamanı ciddi çatişmazlıqların aşkar edilib-edilməməsi nəticələr məlum olandan sonra açıqlanacaq.

DİN-in mətbuat xidmətindən isə bildiriblər ki, yoxlamaların nəticələri məlum olmadığından bu barədə hələlik heç bir məlumat verilmir.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev iyunun sonlarında vəzifəsindən öz ərizəsi ilə uzaqlaşdırıldıqdan sonra DİN idarədə yoxlamalara başlayıb. DİN bu yoxlamanın illik plana uyğun olaraq aparıldığını və bunun Əliyevin işdən çıxarılması ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

Xəbər lenti

Xəbər lenti