...

Polşa xarici işlər nazirinin müavini: "Varşava Rusiyanın Qəbələ RLS-lə bağlı təklifini tamamlayıcı faktor kimi qəbul edir"

Siyasət Materials 16 İyul 2007 15:29 (UTC +04:00)
Polşa xarici işlər nazirinin müavini: "Varşava Rusiyanın Qəbələ RLS-lə bağlı təklifini tamamlayıcı faktor kimi qəbul edir"

Polşa Rusiya prezidentinin Azərbaycanın "Qəbələ" radiolokasiya stansiyasını ABŞ-la birgə istifadə etmək təklifini Amerikanın Polşa və Çexiyada RMS qurğusu proqramına tamamlayıcı faktor kimi qəbuı edir.

"Biz Vladimir Putinin təklifini Amerikanın proqramına tamamlayıcı faktor kimi qəbul edirik, onun əvəzləyicisi kimi yox" - deyə "Novıye izvestiya" qəzetinə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Vitold Vaşikovski bildirib.

İyunun əvvəlində Almaniyada "Böyük səkkzilər"in sammitində Putin Amerikanın raketdən müdafiə sistemi yaratmaq məqsədilə Şərqi Avropada, xüsusilə də Polşa və Çexiyada RLS quraşdırmaq planına cavab olaraq ABŞ-a Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS-i birgə istifadə etməyi təklif edib. RF prezidenti Azərbaycanda RMS sistemi elementləri yerləşdirilməsinin üstünlüyünü bildirib.

"Bu maraqlı təklifdir. Heç olmasa Rusiya rəhbərliyi raket təhlükəsi faktını və bununla yalnız raketdən müdafiə sistemi vasitəsilə qorunmağın mümkün olduğunu etiraf edib. Bu böyük irəliləyişdir, belə ki, əvvəl Rusiya bu cür təhlükənin olmasını etiraf etməkdən qəti surətdə imtina edirdi" - deyə Vaşikovski bildirib.

Bununla belə onun sözlərinə görə, Varşava hesab edir ki, Amerika siyasətçiləri tərəfindən söylənilən təhlükə əsaslıdır. "Sirr deyil ki, Yaxın Şərqdə və Fars körfəzi ölkələrində hər şey sakit deyil. Bu regionun bəzi siayasətçiləri isə öz hərbi niyyətlərini açıq bəyan edirlər. Avropa və bütün dünya ictimaiyyəti onların nüvə proqramlarının inkişafını dayandırmaq üçün ilk növbədə diplomatik alətlərdən istifadə etməyə çalışır. Bununla belə diplomatiya hələ ki heç bir nəticə vermir. Üstəlik ABŞ prezidenti öz xüsusi xidmət orqanlarına istinadən bizə həmişə beş-altı ildən sonra bütün Avropanın zərbə altında qala biləcəyini söyləyir. Artıq indi Cənubi Avropa təhlükəyə məruz qalır" - deyə bildirən nazir müavini Polşanın RMS sistemi yerləşdirmək istəyinin yalnız "təhlükəsiz yaşamaq istəyi" olduğunu bildirib.

Rusiya Azərbaycanda ballistik raketlərin buraxılışını izləmə sisteminin bir hissəsi olan Qəbələ RLS-i kirayələyib. RLS hələ sovet dövründə SSRİ-nin müdfafiə sisteminin bir hissəsini təşkil edirdi. Azərbaycan müstəqil olduqdan və stansiya onun mülkiyyətinə keçdikdən sonra Rusiya tərəfi Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq, stansiyanın birgə istifadə olunmasını təklif edib. Stansiyanın icarəyə verilməsi barədə 10 illik razılaşma hələ 2002-ci ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti