...

ABŞ dövlət katibinin müşaviri Metyu Brayza Gürcüstana gəlib

Siyasət Materials 27 İyul 2007 13:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N. Kirtsxalia/ Bu gün Tbilisiyə üçgünlük səfərlə ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri Metyu Brayza gəlib. Bu barədə cümə günü ABŞ-ın Gürcüstandakı səfirliyindən məlumat veriblər.

Bu gün Gürcüstan rəhbərliyi ilə bütün rəsmi görüşlər keçiriləcək. Yerli vaxtla 12:15-də Brayza parlament sədri Nino Burcanadze, 17:00-də isə baş nazir Zurab Noqaideli ilə görüşəcək.

Danışıqlar zamanı Gürcüstanla ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri, habelə Xəzərin enerji daşıyıcılarının Gürcüstan vasitəsilə Avropaya nəqli müzakirə olunacaq.

Tbilisidəki görüşlərdə əsas müzakirə mövzusu münaqişələrin həlli məsələsi olacaq.

Xəbər lenti

Xəbər lenti