...

Dövlət Komitəsinin sədri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Cəmiyyət Materials 11 Oktyabr 2007 14:27 (UTC +04:00)
Dövlət Komitəsinin sədri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövləit Komitəsinin sədri Nazim İbrahimov şəxsi təşəbbüsü ilə cümə axşamı Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

Yeni prezidentin təqdim edilməsi mərasimində gənclər və idman naziri Azad Rəhimov bildirib ki, uzun zamandır Qılıncoynatma Federasiyasına yardım göstərən şəxs axtarılır, bir çox adamlara nazirlik özü bunu təklif edirdi.

"Lakin heç kim bu sahəyə yardım göstərmək üçün təşəbbüs etmədi. Bu yaxınlarda Nazim İbrahimov özü qılıncoynatma sahəsinə yardım göstərmək istəyini bildirdi. Biz bu barədə dövlət başçısına məruzə etdik və o, bu təşəbbüsə yüksək dəstək verdi" - deyə nazir bildirdi.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev və Federasiyanın əvvəlki prezidenti Yaşar Məmmədov vitse-prezident, Komitə əməkdaşı Ramin Məmmədov baş katib seçildilər.

İbrahimov bildirib ki, Federasiyanın idmançıları üçün artıq yeni idman geyimləri sifariş verib, həmçinin Federasiyanın binasında təmir işlərinə başlanılıb və bina lazımi avadanlıqlarla təchiz olunacaq. O, Federasiyanın inkişafı üçün vəsaitin hansı mənbədən ayrılacağını açıqlamayıb.

Federasiyanın prezidenti bildirib ki, əsas məqsədləri 2008-ci ildə Pekində keçiriləcək Olimpiya yarışlarında iştirak üçün Azərbaycan qılıncoynadanlarının lisenziya qazanmasına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti