...

Həbsdə olan jurnalistlər onlara qəzetlərin verilməməsindən şikayətçidilər

Cəmiyyət Materials 11 Oktyabr 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Həbsdə olan jurnalistlər, onlara qəzetlərin verilməməsindən şikayətçidirlər. Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov cümə axşamı Trend ə bildirib ki, Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər-- "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli, əməkdaşı Yaşar Ağazadə və "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Jurnalistlərin saxlanma şəraitindən şikayətçi olmadığını deyən hüquq müdafiəçisi bildirib ki, onlar gündəlik mətbuatla tanış ola bilməmələrindən, qəzetlərin onlara verilmədiyindən şikayət ediblər.

Behbudov bildirib ki, təcridxananın rəhbərliyi ilə bu barədə söhbət edib və ona bu problemin həll olunacağını vəd ediblər.

Həmin gün Komitə sədri İstintaq Təcridxanasında saxlanılan Ədalət Vəliyev və Zahid Ağayevlə də görüşüb. Hər iki şəxs istintaqın qeyri-obyektiv aparılmasından şikayət edib.

Vəliyev adam oğurluğunda ittiham olunur. O, Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib.

Masallı rayon sakini Ağayev isə, narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.

Xəbər lenti

Xəbər lenti