...

Xalq artisti Azər Zeynalov: "Şou-biznesin çirkabına bulaşmaq istəmirəm"

Cəmiyyət Materials 15 Oktyabr 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /müxbir TrendLife Şahin Cavadsoy/

"Şou-biznes dünyası"nı bir çoxları əməlli- başlı çirkab adlandırırlar. Sevindirici haldır ki, əsl sənətlə məşğul olan sənətkarlarımız, bunu təsdiqləyib, özlərini hər vasitə ilə sığortalamağa çalışırlar. Lap elə Xalq artisti Azər Zeynalov kimi. TrendLife-a açıqlamasında sənətkar şou-dünyasında baş alıb gedən biabırçılıqları kəskin şəkildə pislədi: "İnanın baş verən bu tərbiyəsizlikləri görəndə, müqəddəs hesab etdiyim səhnə ilə vidalaşmaq istəyirəm. Dəfələrlə dövrimətbuatda yazılan xəbərlərdə eşidirik ki, Milli Məclis yaxın günlərdə "Şou-biznesin tənzimlənməsi" üçün qanun layihəsini qəbul edəcək. Amma, nədənsə bu, yalnız söz olaraq, camaat arasında gəzib-dolaşır".

TrendLife-ın: "Yəqin elə buna görə də şou-çirkabına bulaşmaq istəmirsiz"-sualı, elə bil Azər müəllimin ürəyindən "tikan" çıxardı: "Əlbəttə. Şou-biznesin çirkabınabulaşmaq istəmirəm. Ümumiyyətlə, ciddi sənəti şou dünyasına qatmaq ən böyük səhvdir. Qoy bu açıqlamam, özünü nömrə bir "ulduz" adlandıranlara bir ismarıc kimi səslənsin. Gedin ya düzgün oxu tərzi öyrənin, ya da mikrofonu əlinizdən qoyub, kənara çəkilin".

Xəbər lenti

Xəbər lenti