...

Bakıda Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı avtoyürüş keçiriləcək

Cəmiyyət Materials 6 Dekabr 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Q.Cəbiyev/ Azərbaycanın paytaxtı Bakıda avtoyürüş keçiriləcək. "Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı Bakıda avtoyürüş keçiriləcək" cümə axşamı Trend ə aksiyanın təşkilatçısı "İnsan Hüquqları XXI əsr-Azərbaycan" Fondundan bildirilib.

Hər il dekabrın 10-u bütün dövlətlərdə Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd edilir.

Məlumata görə, avtoyürüşün keçirilməsində məqsəd vətəndaşlara öz hüquqları barədə maarifləndirici məlumatlar verməkdir. Yürüşdə 10 avtomobilin iştirakı nəzərdə tutulur. Avtomobillər insan haqları ilə bağlı şüarlarla bəzədiləcək və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin patrul maşınının müşayiəti ilə gün ərzində şəhərdə konkret marşrutlar üzrə dövr edəcək. Yürüş iştirakçıları insanların sıx olduğu yerlərdə dayanaraq insan hüquqlarına dair ədəbiyyatlar paylayacaqlar. Avtoyürüşə Dağüstü Parkın aşağı hissəsindən başlanacaq.

Xəbər lenti

Xəbər lenti