...

"Pinkod" əməliyyatının iştirakçılarına hökm oxunub

Cəmiyyət Materials 11 Dekabr 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Bankomatlardan saxta plastik kartlar vasitəsilə hesablardan pul çıxarmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çərşənbə axşamı qəbul etdiyi hökmləİsrail vətəndaşı Vladislav Basin 10, Azərbaycan Beynəlxalq Bankının Xırdalan şöbəsinin müdiri Bəşir Hacıyev 6 il 6 ay, Fəxrəddin Süleymanov, Şahin Məhərrəmov 4 il 6 ay, Teymur Məhərrəmov 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhəmməd Həsənov, Nazim Nərimanov isə şərti maliyyə vahidinin 500 misli məbləğində cərimə olunaraq barələrindəki həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından azadlığa buraxılıblar. "Pinkod" əməliyyatı adı altında həbs edilən dəstənin üzvləri Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter informasiyasına qanunsuz olaraq daxil olma (271.2.1-ci) maddəsi ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti