...

AŞPA komissiyası Azərbaycanda böhtan haqqında qanundan sui-istifadə olunmasını pisləyib

Cəmiyyət Materials 14 Dekabr 2007 14:01 (UTC +04:00)
AŞPA komissiyası Azərbaycanda böhtan haqqında qanundan sui-istifadə olunmasını pisləyib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Avropa Şurasının Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Haqları Komissiyası Azərbaycanda jurnalistlərə təzyiq göstərmək məqsədi daşıyan böhtan haqqında qanunlardan sui-istifadə olunmasını pisləyib. Bəynnamənin mətni bu gün Avropa Şurasının rəsmi İnternet səhifəsində dərc olunub.

Komissiya jurnalistlər İlqar Nəsibov və Eynulla Fətullayevin həbs olunmasına etiraz edir.

"Azərbaycandan dəfələrlə böhtana görə cinayət məsuliyyətini ləğv etmək və Assambleyanın Avropa Şurasının bütün üzv dövlətlərinə ünvanladığı sərt tövsiyələrə müvafiq olaraq böhtana görə həbs qətimkan tədbirləri şəklində cəzalandırmanı təxirə salmadan aradan qaldırmaq barədə xahiş edib" - deyə bəyanatda bildirilir.

Böhtan haqqında qanundan sui-istifadə olunması "KİV-də özunüsenzuraya və demokrartik diskussiyaların tədricən azalmasına səbəb ola bilər" - deyə AŞPA-nın komissiyası hesab edir.

Hazırda Azərbaycanda səkkiz jurnalist həbsdədir. Onlar əsasən təhqir və böhtanda ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti