...

Futbol üzrə Azərbaycan çempionu və Kubokunun sahibi yeni trofey alacaq

Cəmiyyət Materials 16 Yanvar 2008 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir Z.Səfərov/ Futbol üzrə Azərbaycan çempionu və Kubokunun sahibi xüsusi yeni trofey alacaq.

AFFA-dan Trend ə verilən məlumata görə, Assosiasiya cari ilin gələcək qalibi üçün xüsusi kubokun hazırlanması məqsədilə tender elan edib. Layihəyə peşəkar rəssamlar və heykəltəraşlar cəlb olunub.

Bununla yanaşı, AFFA rəsmi saytın oxucularına fəxri tofeyin eskizlərini özlərinin seçməsini təklif edir.

Qalib komanda kuboku may ayından tez ala bilməyəcək. Çünki Azərbaycan Kubokunun final oyunu ən-ənəyə görə, mayın 28-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti