...

Azərbaycanda ali təhsil sahəsində islahatlara dair İşçi qrup yaradılıb

Cəmiyyət Materials 6 Fevral 2008 16:04 (UTC +04:00)
Azərbaycanda ali təhsil sahəsində islahatlara dair İşçi qrup yaradılıb

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanda ali təhsil sistemində islahatlara dair dövlət proqramının hazırlanması üçün İşçi qrup yaradılıb.

Yanvarın 31-də prezident İlham Əliyev Azərbaycan ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyasına yönələn tədbirlərin görülməsi haqqında sərəncam imzalayıb.

Cümə axşamı təhsil naziri Misir Mərdanovun başçılığı altında İşçi qrupun ilk görüşü keçiriləcək.

Çərşənbə günü Təhsil Nazirliyi İcra Aparatının sədri İlham Pirməmmədov jurnalistlərə bildirib ki, Azərbaycanın təhsil sistemi Avropanın vahid ali təhsil sisteminə qoşulmağa hazırdır.

"1993-cü ildən Azərbaycanın ali təhsil sistemi iki pilləlidir. Bir pilləli ali təhsil sistemi balonya sisteminə keçidi çətinləşdirərdi" - Pirməmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrinin Avropanın ali təhsil məkanına inteqrasiyası ölkənin intellektual potensialının inkişafına xidmət göstərəcək.

Azərbaycanda 30-dan artıq özəl və dövlət ali təhsil müəssisələri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti