...

Azərbaycanda məcburi köçkünlər tərəfindən mülkiyyət hüquqları pozulmuş vətəndaşlarla bağlı problem həllini tapacaq

Cəmiyyət Materials 18 Fevral 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ali Məhkəmə 2005-ci ilin iyun-iyul aylarından sonra məcburi köçkünlər tərəfindən mənzilləri tutulmuş vətəndaşların şikayətlərinə baxılmasını dayandırıb.

Bu barədə bazar ertəsi ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Trend in sualına cavab olaraq Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib.

Ali Məhkəmə rəsmisi bildirib ki, indiyədək bu qəbildən olan işlərlə bağlı 366 qərar qəbul edilib.

İnsan Haqları üzrə Avropa MəhkəməsiValentina Akimovanın şikayəti ilə bağlı vətəndaşların mülkiyyət hüquqlarının bərpası və mövcud pozuntuların aradan qaldırılması barədə qərar qəbul edib.

Rzayev bildirib ki, həmin vətəndaşların problemini həll etmək üçün dövlət yaxın gələcəkdə konkret addımlar atacaq. "Artıq bu problemin həlli yolu tapılıb və problem müsbət həll olunacaq" - deyə Rzayev vurğulayıb. O, görüləcək tədbirlər haqqında məlumat verməyib.

Şikayətçi Akimova İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunda mülkiyyətin müdafiəsi (Maddə 1) hüququnun pozulduğunu iddia edirdi. Akimovaya məxsus mənzildə məcburi köçkün ailəsi məskunlaşdığı üçün o, mülkiyyətindən uzun müddət istifadə edə bilməyib. Apellyasiya Məhkəməsi Akimovanın mülkiyyət hüququnu tanıyıb. Lakin Akimovanın evində məskunlaşmış məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərarın icrası Ağdam rayonu işğaldan azad olunanadək təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti