...

Avropa Şurası nümayəndələri Azərbaycanın həbsdə olan və aclıq aksiyası keçirən jurnalistləri ilə görüşəcək

Cəmiyyət Materials 3 Aprel 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / " müxbir C. Babayeva/Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupunun üzvləri həbsdə olan jurnalistlərlə, o cümlədən həbsxanada aclıq aksiyası keçirən Eynulla Fətullayevlə görüşməyi planlaşdırırlar. Bu barədə cümə axşamı Trend a Söz Azadlığının Müdafiəsi Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib.

AŞ Nazirlər Komitəsinin sədri, "Aqo" monitorinq qrupunun rəhbəri Pyer Serqen Cənubi Qafqaz respublikalarına səfər çərçivəsində Bakıya gəlib.

Monitorinq qrupunun rəhbəri səfərdə məqsədin öhdəliklərin yerinə yetirilməsi prosesinin öyrənilməsi olduğunu bildirib.

Abdullayevanın sözlərinə görə, görüş zamanı Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi, "siyasi məhbular" və söz azadlığı ətrafında vəziyyət müzakirə olunub.

" "Aqo" qrupu nümayəndələri ilə görüş zamanı da həbsdə olan və aclıq aksiyası keçirən jurnalistlərlə görüşün keçirilməsi təklif olunub" - deyə Abdullayeva bildirib.

Onun sözlərinə görə, "Aqo" qrupunun üzvləri hazırkı görüşlərin keçiriləcəyinə dair vəd veriblər.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-da aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını tələb edir.

"Gündəlik Azərbaycan"ın şef-redaktoru Fətullayevə dəstək məqsədi ilə iki jurnalist, "Yeni Müsavat" qəzetinin baş redaktoru, bir deputat, Xalq Cəbhəsi Partiyasının sədr müavini, Liberal Partiyanın sədr əvəzi aclıq aksiyasına başlayıblar.

Həbsdə olan "Azədlıq" qəzetinin baş redaktoru və əməkdaşı da aclıq aksiyası keçirirlər.

Xəbər lenti

Xəbər lenti