...

Azərbaycanda heç kəs dini etiqadına görə təqib olunmur - Şeyxülislam

Cəmiyyət Materials 12 Aprel 2008 14:53 (UTC +04:00)
Azərbaycanda heç kəs dini etiqadına görə təqib olunmur - Şeyxülislam

Azərbaycan, Bakı,12 aprel / Trend , müxbir S.Ağayeva/ Azərbaycanda heç kəs öz dini etiqadına görə təqib olunmur. Bu barədə şənbə günü Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə məlumat verib.

"İndiyə qədər bu və ya digər dinə mənsub şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair məndə heç bir fakt olmayıb. İnsanlar yalnız törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunurlar" - deyə Şeyxülislam bildirib.

Onun sözlərinə görə, cinayətkar dinindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir.

"Ən nüfuzlu təşkilatlar tərəfindən qeyd edilib ki, Azərbaycanda tolerantlıq hökm sürür" - Qafqaz müsəlmanlarının dini lideri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti