Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Eldar Hüseynzadə/
M.F.Axundov adına kitabxanada iki iri layihə reallaşıb. Kitabxanadan TrendLife-a verilən məlumata görə, Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş doqquzcildli kitab və "Heydər Əliyev irsi" adlı elektron baza yaradılıb. Bu bazaya ümumilli liderin çıxışları, əmrləri, məktubları daxildir.