...

Azərbaycanın futbol üzrə yığma komandası Türkiyənin məşhur klubu ilə qarşılaşacaq

Cəmiyyət Materials 22 İyul 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir R.Ergün/ Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan yığma komandası sabah Türkiyənin məşhur "Fənərbaxça" klubu ilə yoxlama oyunu keçirəcək. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan yığması "Fənərbaxça" klubunun 19 yaşlılardan ibarət komandası ilə görüşəcək.

Azərbaycan futbolçuları iyulun 18-də Türkiyənin daha bir məşhur klubu olan "Qalatasaray"ın aşağı yaş qrupu üzrə komandası ilə görüşüblər (1:1).

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadədir.

Xəbər lenti

Xəbər lenti