...

Azərbaycanın "Neftçi" klubu iranlı futbolçunu baxışdan keçməyə dəvət edib

Cəmiyyət Materials 15 Sentyabr 2008 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" klubu İrandan olan futbolçu Səyyad Cəfərini baxışdan keçməyə dəvət edib. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

İranlı futbolçu hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin heyətində yoxlama oyununda iştirak edib.

"Neftçi" İranın Təbriz şəhərini təmsil edən "Traktorsazi" komandası ilə yoxlama oyunu keçirərək, 1:0 hesabı ilə qələbə qazanıb. Cəfəri oyunun ikinci hissəsində meydana çıxıb.

"Neftçi" klubunun transfer etmək istədiyi futbolçunun 21 yaşı var. Hücumçu mövqeyində çıxış edən futbolçu əvvəllər İranın "Maşinsazi" klubunda oynayıb.

Futbol üzrə Azərbaycan Premyer-Liqasının startı verildiyi üçün "Neftçi" yeni hücumçunun transferini üç aydan sonra rəsmiləşdirə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti