...

Azərbaycan Peşəkar Futbol Liqası Premyer-Liqanın ilk dövrəsinin səviyyəsindən razı qalıb

Cəmiyyət Materials 2 Dekabr 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Premyer-Liqanın birinci dövrəsinin səviyyəsindən razı qalıb.

"Bu çempionatın birinci dövrəsi qənaətbəxş oldu. İndiki çempionat əvvəlki çempionatlardan səviyyəsinə görə çox fərqlənirdi" - deyə PFL-in prezidenti Ramin Musayev bu gün keçirilən mətbuat konfransında bildirib.

Musayev bu il Premyer -Liqanın klublarının əvəzedici heyətləri arasında keçirilən çempionatı irəliyə böyük addım adlandırıb.

"İndiyədək əvəzedici heyətlər arasında çempionat keçirmək yada düşmürdü. Bu ildən biz bu çempionatı keçiririk və onun ən böyük səmərəsini "Neftçi" klubu və milli komanda görüb. "Neftçi"nin əvəzedici heyətindən əsas komandaya 4-5 futbolçu gəlib. Həmin futbolçular yığma komandada oynayırlar", - Musayev deyib.

PFL prezidenti çempionatda hakimlərin qərəzli davranmadıqlarını bildirib.

"Hamı deyir ki, hakimlər qərəzli olub. Amma heç kəs fakt göstərmir", - PFL prezidenti əlavə edib.

Azərbaycan Premyer - Liqasında birinci dövrəyə yekun vurulub. İkinci dövrə gələn il fevralın birinci ongünlüyündə başlayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti