...

Azərbaycanın Mətbuat Şurası media orqanlarının monitorinqini aparacaq

Cəmiyyət Materials 12 Fevral 2009 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın Mətbuat Şurası "Аzərbaycan yazılı mediasında etik normalara necə əməl olunur?" adlı yeni layihə həyata keçirəcək.

"Layihə çərçivəsində qəzet, jurnal, informasiya agentlikləri və xəbər portalları da daxil olmaqla, ölkədə müntəzəm yayımlanan 60-dan artıq kütləvi informasiya vasitəsinin monitorinqinin aparılması nəzərdə tutulur", - cümə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох KİV qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-yə yахın tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 İnformasiya Agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məlumatda qeyd edilir ki, monitorinq zamanı əsas diqqət məlumatlarda həqiqətə xidmət, dəqiqlik, qərəzsizlik dəyərlərinə, KİV-lərin informasiya mənbələrinə münasibətlərinə, o cümlədən şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, balans və digər prinsiplərə əməl olunması səviyyələrinə yetiriləcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin icra müddəti 1 ildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti