...

Azərbaycan diasporunun fəalları İsveç parlamentinin spikerinə Xocalı soyqırımı haqda məlumat veriblər

Cəmiyyət Materials 23 Fevral 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir  A.Hüseynbala/ Azərbaycan diasporunun fəalları Stokholmda İsveç parlamentinin spikeri Per Vesterberqlə görüşüblər.

"İsveçdəki  "Azərbaycan naminə" Cəmiyyətinin sədri Nadir Hollendrandın verdiyi xəbərə görə, görüşdə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırım aktı barədə geniş danışılıb", - bazar ertəsi Trend -a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Vesterberqə bildirilib ki, soyqırım zamanı 613 nəfər ödürülüb, müxtəlif yaşlı 1000 dinc sakin əlil olub, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər dinc sakin girov götürülüb. "Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi ilə bağlı araşdırma apardığı barədə də danışan diaspor fəallarımız Vesterberqə bütün zəruri tədbirlərdə Azərbaycanın mövqelərini, haqq işini yüksək səviyyədə dəstəklədiyinə görə təşəkkür edirblər", - məlumatda qeyd edilir.

Görüşdə İsveç parlamentinin rəhbərinə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrdən bəhs edən "Erməni terroru" kitabı təqdim edilib. "Azərbaycan naminə" Cəmiyyəti üzvlərinin daha bir görüşü İsveçin müxalifətdə olan Sosial-Demokrat Partiyasının rəhbərliyi ilə olub. Partiyanın lideri Mina Sahlinlə söhbətdə də ermənilərin 17 il əvvəl Xocalıda törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib. Soydaşlarımız İsveç parlamentinin deputatları ilə də Xocalı soyqırımı ilə bağlı görüşlər keçiriblər", - komitənin məlumatında vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti