...

Ötən ayda 1 007 717 kvadrat metr Azərbaycan ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Cəmiyyət Materials 3 Mart 2009 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Zərbalıyeva / Bu ilin ötən ayında 1 007 717 kvadrat metr Azərbaycan ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib, - Azərbaycan Torpaqlarının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildirilib .

Təmizlənmə zamanı 9 297 partlamamış hərbi sursat (PHS) və mina aşkar edilərək zərərsizləşdirilib.

İndiyədək cəmi 80 393 795 kvadrat metr ərazi təmizlənib, 387 821 mina və PHS məhv edilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Qazax və Ağstafa rayonlarında aparılır.

Ötən ay Agentliyin PHS zərəsizləşdirilməsi qrupu tərəfindən Bakı-Tbilisi magistral yolunun kənarında aşkar edilmiş top mərmisi və Çevik Əməliyyat Qrupu tərəfindən Tərtər şəhəri Mədəniyyət Evinin ərazisində aşkar edilmiş PQ-9 raket mərmisinin zərəsizləşdirilməsi üzrə əməliyyatlar yerinə yetirilib.

Ferval ayı ərzində bir mina, PHS hadisəsi qeydə alınıb.

Füzuli rayonu cəbhə xəttində yerləşən Aşağı Əbdürrəhmanlı kəndi ərazisində yerləşən hərbi mövqedə xidməti vəzifəsini yerinə yetirən 2 nəfər əsgər OZM minasının partlayışına düşərək həlak olub.

2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə, 109 hadisədə 63 nəfər həlak olub, 143 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti