...

Azərbaycanda 315 dini icmanın sənədi qeydiyyat üçün təqdim olunub - Dövlət Komitəsinin sədri

Cəmiyyət Materials 3 Dekabr 2009 13:58 (UTC +04:00)
"Bu günə qədər 315 dini icmanın sənədi Dövlət Komitəsinə təqdim olunub. Hər gün mütəmadi olaraq sənədlər araşdırılır və ayın sonunacan xeyli sayda dini icma qeydiyyata alınacaq" - Orucov deyib.
Azərbaycanda 315 dini icmanın sənədi qeydiyyat üçün təqdim olunub - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 3 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu günə qədər 315 dini icmanın sənədi qeydiyyat üçün təqdim olunub, Trend -un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Bu günə qədər 315 dini icmanın sənədi Dövlət Komitəsinə təqdim olunub. Hər gün mütəmadi olaraq sənədlər araşdırılır və ayın sonunacan xeyli sayda dini icma qeydiyyata alınacaq", - Orucov deyib.

Trend -un arayışı: Azərbaycanda 20 dini icmaya yenidən qeydiyyat şəhadətnaməsi verilib.

Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna kimi dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

Azərbaycanda 2008-ci ildə 102 dini icma dövlət qeydiyyatından keçib və beləliklə də ölkədə fəaliyyət göstərən dini qurumların sayı 534-ə çatıb.

Orucovun sözlərinə görə, qeydiyyat şəhadətnamələri verilən 20 dini icmanın 18-nin əksəriyyəti Bakı və Abşeronda fəaliyyət göstərən islam yönümlüdür. Qalan ikisi isə Rus Povaslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və Bakı şəhər Dağ Yəhudi İcmasıdır. Komitə sədri deyib ki, indiyə qədər 200-dən çox icma qeydiyyat üçün müraciət edib. Onlardan 30-dan artığı qeydiyyata alınıb.

Orucovun sözlərinə görə, əvvəllər fəaliyyət göstərən dini icmaların bir hissəsi ötən əsrin 90-cı illərdə qeydiyyata alınıb və onların əksəriyyəti ölkədə dini sabitliyi pozmağa cəhd edən qruplar tərəfindən yaradılmışdı.

"Azərbaycan dövlətinin və cəmiyyətinin bu qruplara qarşı münasibəti həmişə məlum olub. Bununla belə, dini qurumların yenidən dövlət qeydiyyatına alınmasına ciddi ehtiyac var idi və bu, qanuna edilən əlavə və dəyişikliklərdə əksini tapdı. Dini icma başqa məqsədlərə xidmət edirsə, onun fəaliyyəti şübhə doğurur və qeydiyyat zamanı bu amillər mütləq nəzərə alınmalıdır", - Orucov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti