...

Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşlarına 41 il cəza verilib

Cəmiyyət Materials 30 Dekabr 2009 13:53 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşları Kamrani Mansur, Şahrəvan Kərim və onun qardaşı Şahrəvan Rəhim, Azərbaycan vətəndaşı Elxan Quliyevə hökm oxunub.
Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşlarına 41 il cəza verilib

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda narkotik alveri ilə məşğul olan İran vətəndaşlarına 41 il cəza verilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşları Kamrani Mansur, Şahrəvan Kərim və onun qardaşı Şahrəvan Rəhim, Azərbaycan vətəndaşı Elxan Quliyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kamrani Mansur və Rəhim Şahrəvaninin hər birinə 14, Kərim Şahrəvaniyə isə 13 il azadlıqdan məhrumetmə cəzası verilib.

Quliyev barəsindəki cinayət işi isə ayrılaraq baxılması üçün Bakının Binəqədi rayon məhkəməsinə göndərilib.

İttihama görə, Gəncə şəhər sakini Elxan Quliyevin sifarişinə əsasən, Mansur Kamrani İran ərazisində əldə etdiyi narkotik vasitələri Rəhim Şahrəvana məxsus "Samand" markalı avtomobildə xüsusi olaraq hazırlanmış saxlanc yerində gizlədib. Bundan sonra Rəhim Şahrəvan və onun qardaşı Kərim Şahrəvan həmin avtomobildə Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçərək Bakı şəhərinə gəlib və burada Mansur Kamranini gözləyiblər.

Mansur Kamrani narkotiklərin təhlükəsiz Azərbaycan ərazisinə keçdiyinə əmin olduqdan sonra Biləsuvar Nəzarət Buraxılış Məntəqəsindən keçib Bakı şəhərinə gəlib.

Burada onlar Rəhim Şəhrəvanın idarə etdiyi "Samand" markalı avtomobillə Biləcəri qəsəbəsinə gəlib, narkotik vasitələri avtomobilin gizli saxlanc yerindən çıxarmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar. Avtomobilə baxış keçirilərkən gizli saxlanc yerindən 3 kiloqram tiryək, 2 kiloqramdan artıq həşiş və 800 qrama yaxın heroin aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti