...

Sumqayıt Ağsaqqallar Şurası idarə heyətinin yeni tərkibi müəyyənləşib

Cəmiyyət Materials 19 Mart 2010 12:10 (UTC +04:00)
Sumqayıt Şəhər Ağsaqqallar Şurası idarə heyətinin yeni tərkibi müəyyənləşib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən cümə günü verilən məlumata görə, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının V hesabat yığıncağı keçirilib.
Sumqayıt Ağsaqqallar Şurası idarə heyətinin yeni tərkibi müəyyənləşib

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir T.Hacıyev/

Sumqayıt Şəhər Ağsaqqallar Şurası idarə heyətinin yeni tərkibi müəyyənləşib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən cümə günü verilən məlumata görə, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının V hesabat yığıncağı keçirilib. Yığıncaqda Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Respublika Ağsaqqallar Şurasının sədri akademik Budaq Budaqov, şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov və şuranın üzvləri iştirak ediblər. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Gülümov görülmüş işlər, qarşıda duran vəzifələr barədə danışıb.

Yığıncaq zamanı sədr vəzifəsinə səsvermə keçirilib və Gülümov yenidən şuranın sədri seçilib. Bundan əlavə, 9 nəfərdən ibarət idarə heyəti və təftiş komissiyası seçilib, yeni nizamnamə qəbul olunub. Toplantıda təşkilatın daimi komissiya sədrləri təsdiq olunub.

Sumqayıt Şəhər Ağsaqqallar Şurası 1996-cı ildə təsis edilib. Təşkilatın 265 dayaq məntəqəsi, ümumilikdə, 2500 nəfər üzvü var.

Xəbər lenti

Xəbər lenti