...

Azərbaycanda vəkil çatışmazlığı problem olaraq qalır - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 16 Aprel 2010 12:50 (UTC +04:00)
Azərbaycanda vəkil çatışmazlığı problem olaraq qalır, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev bildirib.
Azərbaycanda vəkil çatışmazlığı problem olaraq qalır - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 16 aprel /Trend müxbir M.Əliyev/

Azərbaycanda vəkil çatışmazlığı problem olaraq qalır, - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev bildirib.

"Azərbaycanda vəkil problemi var. Amma bu sahədə praktiki addımlar atılır", - Əliyev deyib.

Trend-in arayışı: Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var. Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Almaniyalı ekspert Tomas Herman daha öncə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.
Almaniyalı ekspertin qənaətincə, ədalətli və obyektiv məhkəmə qərarının qəbul edilməsində peşəkar vəkillərin rolu var.

Əliyev bildirib ki, vəkillərin sayının artırılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən vəkilliyə qəbul aparılır, müsabiqələr keçirilir.

Xəbər lenti

Xəbər lenti