...

Azərbaycanın ali təhsil ocaqları arasında intellektual oyun keçiriləcək

Cəmiyyət Materials 18 May 2010 16:05 (UTC +04:00)
Azərbaycanın Gənclər və İdman Nazirliyi Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə mayın 19-da ölkənin ali məktəbləri arasında "Nə? Harada? Nə vaxt?" adlı intellektual oyun keçirəcək. Bu barədə nazirliyin məlumatında deyilir.
Azərbaycanın ali təhsil ocaqları arasında intellektual oyun keçiriləcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Gənclər və İdman Nazirliyi Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə mayın 19-da ölkənin ali məktəbləri arasında "Nə? Harada? Nə vaxt?" adlı intellektual oyun keçirəcək. Bu barədə nazirliyin məlumatında deyilir.

Yarışın keçirilməsində məqsəd gənclər arasında Azərbaycan tarixinin təbliği, onların siyasi dünyagörüşünün formalaşdırılması və intellektual bacarıqlarının üzə çıxarılmasıdır.

Oyunda Azərbaycanın 25 ali məktəbindən 150 tələbə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti