...

Latviya mətbuatında azyaşlı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olunub

Cəmiyyət Materials 18 Mart 2011 13:16 (UTC +04:00)
Latviya mətbuatında azyaşlı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olunub.
Latviya mətbuatında azyaşlı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olunub

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Latviya mətbuatında azyaşlı azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Latviyanın "Ças" qəzetinin martın 17-də nəşr edilən sayında 9 yaşlı Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən öldürülməsi ilə bağlı dərc olunmuş məqalədə Bədəlovun öldürülməsindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyətin gərginləşdiyi qeyd edilir.

Məqalədə bu həftənin əvvəlində Azərbaycana rəsmi səfər etmiş İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında söylədiyi "Ermənistan özünü konstruktiv aparmalı və beynəlxalq təşkilatların işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan çıxmasına dair qətnamələrinə əməl etməlidir" fikri də yer alır.

Bütün nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı konkret mövqe ortaya qoyduqlarını yazan müəllif, məqaləni Azərbaycan Prezidentindən gətirdiyi sitatla tamamlayır: "Minsk qrupu artıq 19 ildir ki, fəaliyyət göstərir. Təəssüf ki, bu müddət ərzində heç bir əməli nəticə əldə olunmayıb. Status-kvonu dəyişdirməyin, qaçqın və məcburi köçkünlərin işğal olunmuş torpaqlara qaytarılmasına başlanmasının zamanı yetişib. Öz doğma torpaqlarında yaşamaq onların fundamental hüququdur".

Xəbər lenti

Xəbər lenti