...

Azərbaycan Mətbuat Şurasına yeni KİV-lər üzv qəbul olunublar

Cəmiyyət Materials 17 İyun 2011 16:52 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasına yeni qəzetlər, jurnal və informasiya agentlikləri üzv qəbul olunublar.
Azərbaycan Mətbuat Şurasına yeni KİV-lər üzv qəbul olunublar

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan Mətbuat Şurasına yeni qəzetlər, jurnal və informasiya agentlikləri üzv qəbul olunublar.

Trend-in məlumatına görə, Mətbuat Şurasının İdarə Heyətinin cümə günü keçirilən iclasında Şura sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb.

İclasda Şuraya bununla əlaqədar müraciət edən kütləvi informasiya vasitələrinin rəhbərləri həmin KİV-lərin fəaliyyəti barədə arayış verib, sualları cavablandırıblar. Müzakirələrdən sonra "İqtisadiyyat" və "Gəncənin səsi" (Gəncə) qəzetləri, "Vision of Azerbaijan" jurnalı, "Salamnews" və "Sosial" İnformasiya Agentlikləri MŞ sıralarına qəbul olunublar.

Mətbuat Şurasına hazırda 105 qəzet, 17 informasiya agentliyi, 21 jurnalist təşkilatı, 19 jurnal, 23 bölgə nəşri üzvdür.

Xəbər lenti

Xəbər lenti