...

Bakıda 3 peşə məktəbi təmir olunacaq

Cəmiyyət Materials 9 İyul 2011 12:48 (UTC +04:00)
Bu il Bakıda 3 peşə məktəbi təmir olunacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib.
Bakıda 3 peşə məktəbi təmir olunacaq

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu il Bakıda 3 peşə məktəbi təmir olunacaq. Bu barədə Trend-ə Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təmir olunacaq peşə təhsili müəssisələri Bakıdakı 6, 10 və 13 saylı nömrəli peşə məktəbləridir. Məktəblərin təmiri "Bakı şəhərinin kənd və qəsəbələrinin İnkişaf Proqramı" çərçivəsində həyata keçiriləcək.

Hazırda Azərbaycanda 107 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır. Ölkədə fəaliyyət göstərən peşə məktəblərinin 78-nin əsaslı təmirə ehtiyacı var. Bu gün peşə məktəblərində 15 minə yaxın məcburi köçkün məskunlaşıb.

Xəbər lenti

Xəbər lenti