...

Azərbaycanda aşkarlanan ilk platin yatağının qiymətləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanıb

Cəmiyyət Materials 28 İyul 2011 10:44 (UTC +04:00)
Azərbaycanda ilk olaraq Şəmkir rayonu ərazisində nüvə-geofiziki tədqiqatlar nəticəsində aşkarlanan platin qrupu metalların köklü yatağının sənaye əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə layihə-smeta sənədləri hazırlanıb.
Azərbaycanda aşkarlanan ilk platin yatağının qiymətləndirilməsi üçün layihə-smeta sənədləri hazırlanıb

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk olaraq Şəmkir rayonu ərazisində nüvə-geofiziki tədqiqatlar nəticəsində aşkarlanan platin qrupu metalların köklü yatağının sənaye əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə layihə-smeta sənədləri hazırlanıb.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu ilin ilk 6 ayı üzrə hesabatında qeyd edilib ki, artıq yataqla bağlı çöl işlərinə başlanılıb.

Həmin yataqda 80-100 ton ehtiyatın olduğu ehtimal edilir.

Bununla yanaşı, respublikanın bir sıra rayonlarında da irimiqyaslı geoloji-planlama işləri həyata keçirilib. Bir çox faydalı qazıntıların dəqiq axtarışı üçün perspektivli sahələr ayrılıb və yeni filiz zonaları müəyyənləşdirilib.

Seysmoaktiv bölgələrdə (əsasən Abşeron və Şamaxı-İsmayıllı bölgələrində) seysmogeodinamik və geofiziki sahələrdə müşahidələr təşkil olunub, zəlzələlərin uzun və qısamüddətli proqnozlaşdırılması həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti