...

TQDK avqustun 4-də Azərbaycanın ali məktəblərində ixtisas seçimi haqqında məlumatı açıqlayacaq

Cəmiyyət Materials 29 İyul 2011 13:47 (UTC +04:00)
TQDK avqustun 4-də Azərbaycanın ali məktəblərində 2011-2012-ci tədris ili üzrə abituriyentlərin ixtisas seçimi prosesinin nəticələrini yayımlamağı planlaşdırır.
TQDK avqustun 4-də Azərbaycanın ali məktəblərində ixtisas seçimi haqqında məlumatı açıqlayacaq

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanın Tələbə Qəbulu izrə Dövlət Komissiyası (TQDK) avqustun 4-də Azərbaycanın ali məktəblərində 2011-2012-ci tədris ili üzrə abituriyentlərin ixtisas seçimi prosesinin nəticələrini yayımlamağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə bildirib.

"Bu gün ixtisas seçimi prosesinə buraxılan abituriyentlərin üçdə ikisi, yəni 22 619 nəfər öz ixtisaslarını təsdiqlədiblər", - Abbaszadə deyib.

Onun sözlərinə görə, ümumilikdə ixtisas seçimi prosesinə 30 mindən çox abituriyent buraxılıb.

Azərbaycanın ali məktəblərində ixtisas seçimi iyulun 22-dən avqustun 2-dək keçirilir.

Xəbər lenti

Xəbər lenti