...

Alimlər Xəzər dənizinə 14 min nərə balıq körpələri buraxıblar

Cəmiyyət Materials 10 Avqust 2011 18:26 (UTC +04:00)
Xəzər Balıq Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Xəzər dənizinin şimal hissəsinə çoxlu sayda ağbalıq buraxıblar.
Alimlər Xəzər dənizinə 14 min nərə balıq körpələri buraxıblar

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Xəzər Balıq Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Xəzər dənizinin şimal hissəsinə çoxlu sayda ağbalıq buraxıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə ekoloji aksiyanın keçirildiyi yerdən telefonla institutun mətbuat xidmətinin rəhbəri Yekaterina Morozova məlumat verib.

"Bu gənc balıqlar federal sifarişlə institutun BİOS elmi-eksperimental bazası tərəfindən yetişdirilib. Nərə balıqları ailəsindən olan balıqlar - çəkisi 100 qramdan 170 qramadək olan 14 min ağbalıq körpələri artıq həyat qabiliyyətinə malikdirlər. Onlar təbii mühitdə yaşaya bilərlər. Onları ağbalığın ənəvi yaşadığı yerə buraxıblar", - o bildirib.

Morozovanın sözlərinə görə, avqustun 15-də Həştərxanda Xəzər dənizinin su ehtiyatlarının qorunmasına həsr edilən beynəlxalq seminar keçiriləcək. Ayın sonunda Rusiya Balıq Təsərrüfatının nümayəndələri regionda bu mövzu ilə bağlı səyyar iclas keçirməyi planlaşdırırlar. Sentyabrda isə Xəzər Balıq Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu bu dəfə Həştərxanda, Volqa akvatoriyasına balıq körpələri buraxacaq.

Xəbər lenti

Xəbər lenti