...

Yaxın günlərdə Bakıda hava yağmursuz keçəcək

Cəmiyyət Materials 21 Sentyabr 2011 11:54 (UTC +04:00)
Yaxın günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.
Yaxın günlərdə Bakıda hava yağmursuz keçəcək

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Yaxın günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir.

Azərbaycanın paytaxtında və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti