...

Virusların heyvanlardan insana keçməsi mexanizmi öyrənilib

Cəmiyyət Materials 23 Sentyabr 2011 17:17 (UTC +04:00)
Edinburq və Kembric universitetlərinin alimləri qrip və İİV viruslarına bənzər törədicilərin növlər arasında məhz hansı şəkildə ötürüldüyünü öyrəniblər.
Virusların heyvanlardan insana keçməsi mexanizmi öyrənilib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Edinburq və Kembric universitetlərinin alimləri qrip və İİV viruslarına bənzər törədicilərin növlər arasında məhz hansı şəkildə ötürüldüyünü öyrəniblər. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir. Onların sözlərinə görə, bu, yeni xəstəliklərin baş qaldırmasını qabaqcadan xəbər verməyə kömək edə bilər.

Belə ki, misal üçün, quş qripi virusu onun əvvəlki qurbanlarına yaxın növlərə daha tez yoluxub. Lakin əgər viruslar növlər arasında böyük sıçrayış edirlərsə, bundan sonra o, artıq yeni qurbanın yaxın qohumu olan növlər arasında asan yayıla bilər və bu, onların virusun "hədəf auditoriyasına" əvvəlcədən nə dərəcədə yaxın olmalarından asılı deyil.

Edinburq Universiteti yanında Biologiya Elmləri Məktəbindən Ben Lonqdon deyir: "Kəskin respirator sindromu, İİV və qripin bəzi növlərinə bənzər xəstəliklər insanda digər növlərdən yaranır. Virusların miqrasiyası mexanizmini bilməklə, dəqiq öncəgörmələr etmək olar".

Bu mexanizm alimlərin milçəklər üzərində apardıqları tədqiqat zamanı aşkar olunub. Onlar 50-dən artıq milçək növünü üç müxtəlif virusa yoluxdurublar. İlk növbədə həmin virusların adi qurbanları ilə daha sıx əlaqəsi olan növlər əziyyət çəkiblər. Daha doğrusu, oxşar milçək növləri daha çox oxşar viruslara yoluxublar.

Xəbər lenti

Xəbər lenti