...

Azərbaycanda jurnalistlər üçün tikiləcək bina 2013-cü ilin sentyabrında tam hazır olacaq

Cəmiyyət Materials 8 Dekabr 2011 11:44 (UTC +04:00)
Azərbaycanda jurnalistlər üçün tikiləcək bina 2013-cü ilin sentyabrında tam hazır olaraq jurnalistlərin istifadəsinə veriləcək.
Azərbaycanda jurnalistlər üçün tikiləcək bina 2013-cü ilin sentyabrında tam hazır olacaq

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda jurnalistlər üçün tikiləcək bina 2013-cü ilin sentyabrında tam hazır olaraq jurnalistlərin istifadəsinə veriləcək. Trend-in məlumatına görə, bunu cümə axşamı "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanda jurnalistlər üçün mənzillərin inşası məqsədilə sənədləşdirmə işləri artıq başa çatıb.

"Bina 16 mərtəbədən, 154 mənzildən ibarət olacaq", - Səfərli deyib.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış
evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5,0 (beş) milyon manat vəsait ayrılması qeyd olunur.

Xəbər lenti

Xəbər lenti