...

Azərbaycanda yük və sərnişin vaqonlarının əsaslı təmirini həyata keçirən iki zavod tikiləcək (FOTO)

Cəmiyyət Materials 3 May 2012 12:48 (UTC +04:00)
Dəmir yolunda istismar olunan yük və sərnişin vaqonlarının əsaslı təmirini həyata keçirmək üçün gələcəkdə iki zavodun tikintisi nəzərdə tutulur.
Azərbaycanda yük və sərnişin vaqonlarının əsaslı təmirini həyata keçirən iki zavod tikiləcək (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

Dəmir yolunda istismar olunan yük və sərnişin vaqonlarının əsaslı təmirini həyata keçirmək üçün gələcəkdə iki zavodun tikintisi nəzərdə tutulur. Bununla bağlı yerli və xarici şirkətlər öz xidmətlərini təklif edirlər. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Əzməmmədov deyib ki, bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamertinin rəhbərliyi ilə İsveçrənin "Stadler Rail" şirkətinin nümayəndə heyəti arasında ikitərəli görüş keçirilib.

"Stadler Rail" şirkətinin MDB dövlətləri üzrə kommersiya direktoru Mattias Şter məlumat verərək bildirib ki, şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. 4500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları fəaliyyət göstərir. Hazırda dünyanın 13 ölkəsinin dəmir yolunda "Stadler Rail" şirkətinin istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları istismar olunur.

Görüş iştirakçılarına "Stadler Rail" şirkətinin istehsalı olan sərnişin qatarlarını, zavodların iş prosesini əks etdirən video-çarx təqdim olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov qarşılıqlı əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün ikitərəfli görüşlərindavam etdiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti